“Koronavirusa yoluxandan sonra səsim çıxmadı”

“Koronavirusa yoluxandan sonra səsim çıxmadı”
803 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən həftələrdə koronavirusa qalib gələn türkiyəli müğənni Çelik sağaldıqdan sonra ilk dəfə səs yazma studiyasına gedərək, səhhəti ilə bağlı məlumat verib.

Axşam.az xəbər verir ki, 55 yaşlı sənətçi şəxsi İnstaqram səhifəsindən studiyada çəkilmiş şəklini paylaşaraq, “Covid-19”-dan sonra hələ də səsinin düzəlmədiyini yazıb:

“Virusa yoluxandan bəri ilk dəfə səs yazma studiyasındayam. Koronavirusa qalib gəlməyimdən sonra çox uzun müddət çalışsam da, səsim çıxmadı. Hələ də tam yaxşı çıxdığı deyilə bilməz. Hazırda bu halım belə mənim üçün möcüzə kimi görünür. Səsimizi, istedadımızı və bugünü, anı bizə verən Allahıma şükürlər olsun”.