Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Səhər mərkəzi" proqramında deyib. Musiqiçi sənət adamlarının pandemiyada yaşadığı çətinliklərdən bəhs edib:
"Bütün sahələrə təsir etdi. Amma ən çox musiqiçilər ziyan çəkdi. Onların nə əziyyət çəkdiyini, hansı problemlərlə üzləşdiklərini gördüm. Çox musiqiçi sənətdən ayrılıb, başqa işlə məşğul oldu. Adamın buna heyfi gəlir".