İftar üçün maraqlı reseptlər

İftar üçün maraqlı reseptlər
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar süfrəsinə hazırlaya biləcəyiniz dadlı reseptlər təqdim edir:

"Qış" şorbası

Ərzaqlar:
Pomidor - 1 ədəd
Cəfəri - 1 dəstə
Kök - 1 ədəd
Kartof - 1 ədəd
Gül kələmi - 1 ədəd
Soğan - 1 ədəd
Qırmızı mərci - 1 stəkan
Duz, qara istiot, yağ zövqə görə
İsti su

Üzəri üçün:
Kərə yağı - 2 xörək qaşığı
Qırmızı bibər - 1 xörək qaşığı

Hazırlanması:
Xırda doğranmış soğanı yağda qovurun. Üzərinə sürtgəcdən keçirilmiş gül kələmini, kökü, pomidoru və doğranmış kartofu əlavə edib qovurun. Daha sonra mərcini, duz və istiotu tökün. Bir az qaldıqdan sonra üstünə qazan dolana qədər su tökün. Tərəvəzlər yumuşalana qədər bişirin. Hazır olduqdan sonra blenderdə əzin. Kənarda yağa qırmızı istiotu töküb qovurun. Şorbanı süfrəyə verərkən üstünə yağdan tökün.

Göbələkli qovurma

Ərzaqlar:
Quzu əti -1/2 kq.
Soğan - 3 ədəd
Göbələk - 1,5 stəkan
Yağ - 2 x.q
Duz, istiot zövqə görə

Hazırlanması:
Yağı tavaya qoyub isidin, göbələkləri iri doğrayıb üzərinə əlavə edin. Bir az qovrulduqdan sonra xırda doğranmış soğanı tökün. Bir neçə dəqiqə qızardıqdan sonra duz, istiot əlavə edin. Ətləri digər tavada qızardın. Hazır olduqdan sonra göbələkli qarışığa qatıb, bir az sobada saxlayıb, isti halda süfrəyə verin.

Alma omleti

Ərzaq:
Alma - 4 ədəd
Yumurta - 4 ədəd
Kərə yağı - 1 xörək qaşığı
Süd - 1/2 stəkan
Un - 4 xörək qaşığı

Hazırlanması:
Almaları soyub, doğrayın, üzərinə az miqdarda su əlavə edib, bişirin. Yumurtanı, südü və unu ayrıca qabda qarışdırın. Yağı əridib soyudun, yarısını qarışığa əlavə edin. Əzilmiş almanı və qalan yağı qarışdırıb, xəmirə əlavə edin. 150-180 dərəcədə bişirin.