Saçı açıq yatmanın 6 mənfi təsiri

Saçı açıq yatmanın 6 mənfi təsiri
2503 dəfə oxunub
  • A-
  • A
  • A+

Saçları açıq şəkildə yatmağın qadınlar üçün zərərli olduğu məlum olub.

Axşam.az xəbər verir ki, bunun qadınlara 6 mənfi təsiri var. Onlar aşağıdakılardır:

1. Dolaşıq saçlarla oyana bilərsiniz

Yuxuda olarkən sağa-sola çöndüyünüz üçün saçlarınız düyünlənir. Saçınızın yastığa sürtünməsi buna səbəb olur. Bunun ziyanı sadəcə, dağınıq saçlarla oyanmanızla bitmir. Həmçinin, bu günlərlə təkrarlandığı üçün saç tellərinizin zəifləməsi ilə nəticələnir.

2. Sızanaq yaradır

Həssas cildiniz varsa, saç tellərinizin gecə boyu üzünüzə dəyməsi sızanaqların yaranmasına səbəb olur. Üstəlik saç kremlərindən istifadə edirsinizsə bu ehtimal daha da yüksək olacaq. Yatarkən saçlarınızı üzünüzdən uzaq tutmağınız, bu tip problemlərin qarşısını almağa kömək edəcək.

3. Saç uzanmasına mane olur

Saçınız dolaşdıqda telləriniz zərər görür və bu durum saçlarınızın uzanmasına mane olur. Uzun saç xəyal edirsinizsə tellərinizi zədələnməkdən qoruyun. 

4. Saçınız qıvırcıqlaşır

Saçın qıvırcıqlaşmasına səbəb olan ən bəsit faktor gecə onları açıq saxlamağınızdır. Açıq saçlar yastığa nə qədər çox sürtünərsə, saçınızdan o qədər çox nəm buxarlaşar.

5. Saç qırıqlarına səbəb olur

Yatarkən saçlarınızı bağlamasanız, gecə boyunca hərəkət etdikcə saçlarınız zərər görəcək. Bunun nəticəsində saçlarınız qırılacaq və ucları bölünəcək. Bunun qarşısını almaq üçün yatarkən onları bağlamağınız və ipək yastıq üzündən istifadə etməyiniz tövsiyyə olunur.

6. Yuxu keyfiyyətinə təsir göstərir

Saçı açıq yatmaq sizin yuxu keyfiyyətinizə də birbaşa təsir göstərən amillərdəndir. Yatdığınız zaman tüklərin üzünüzə dəyməsi yuxunuzun pozulmasına səbəb olur.