Bu ölkənin vətəndaşları açıq havada maska taxmayacaq

Bu ölkənin vətəndaşları açıq havada maska taxmayacaq
1987 dəfə oxunub
  • A-
  • A
  • A+
Polşada vətəndaşların açıq havada maska taxmaq tələbi mayın 15-dən ləğv edilir.

Axşam.az TAAS-a istinadən xəbər verir ki, bu barədə Polşa hakimiyyəti qərar qəbul edib.

Yeni qərara əsasən, vətəndaşlar açıq havada və ZAQS zalında 1,5 metr ara məsafəsi saxlayaraq maska taxmaya bilər. Lakin ictimai nəqliyyatda, avtodayanacaqlarda, qəbiristanlıqda və bulvarlarda tibbi maskadan istifadə etmək məcburidir.

Qeyd edək ki, ötən İsraildə vətəndaşların küçədə tibbi maska taxmaq tələbi ləğv edilib.