Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı

Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı
475 dəfə oxunub
  • A-
  • A
  • A+

COVID-19 virusuna yoluxan Hacıqabul rayonunun Qarasu qəsəbə sakini, 1979-cu il təvəllüdlü Abasov Rahim Şirzad oğlu karantin zamanı özünütəcrid rejimini pozaraq yaşayış yerini tərk edib.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, həmin şəxs polis tərəfindən saxlanılaraq evinə qaytarılıb.

Onunla profilaktik söhbətlər aparılıb. Faktla bağlı şəxs barəsində CM-nin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.