Türkiyədə yoluxanların sayı 5 milyona çatır

Türkiyədə yoluxanların sayı 5 milyona çatır
289 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 278 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 20 107 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 35 529 nəfər sağalıb, ağır xəstə sayı isə 3 260 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 4 998 089 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 662 328 nəfər sağalıb, 42 187 nəfər isə ölüb.