Hamiləlikdə aldığı 20 kiloqramı atma sirrini açıqladı

Hamiləlikdə aldığı 20 kiloqramı atma sirrini açıqladı
1955 dəfə oxunub
  • A-
  • A
  • A+

2018-ci ildə ana olan aparıcı Regina Todorenko arıqlama sirrini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Vlad Topalovla ailəli olan aparıcının oğlu doğulub.

Regina bildirib ki, hamilə olanda 20 kiloqram artıq çəki alıb. O bildirib ki, uşaq dünyaya gələndən üç ay sonra 14 kiloqram arıqlayıb.

"Yeyib-içdiyinizə diqqət etməlisiniz, balans qorunmalıdır. Axşam saat 10-dan səhər 7-yə kimi su, çay və ya acı kofe içməlisiniz. Ancaq "xlebçı" yeyin. Çoxlu tərəvəz yeyirdim, ət, balıq parda bişirirdim. Şəkər tamamilə istifadə etmirəm. Qida rasionunuzdan sosuları, əlavə qidaları və ədviyyatları çıxarın. 10 saat yeyirsən, 14 saat su içirsən. Əvvəl çətin olacağını düşünürdüm, sonra gördüm rahatdır" deyə, aparıcı söyləyib.

Regina ana olduqdan 6 ay sonra idmana başladığını bildirib. O, beləcə 53 kiloqrama düşdüyünü deyib.