Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yoluxanların son statistikası
343 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 214 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 528 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 8 852 nəfər sağalıb, ağır xəstə sayı isə 1 977 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 169 951 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 998 639 nəfər sağalıb, 45 626 nəfər isə ölüb.