Boşanmağa hazırlaşan Bill Qeyts üzüyünü çıxarmayıb - Fotolar

Boşanmağa hazırlaşan Bill Qeyts üzüyünü çıxarmayıb - Fotolar
978 dəfə oxunub
  • A-
  • A
  • A+
“Microsoft” şirkətinin sahibi Bill Qeyts həyat yoldaşı Melinda Qeytsdən boşanmaq qərarı alsa da, nişan üzüyünü hələ də barmağından çıxarmayıb.

Axşam.az xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Çərşənbə günü Bill Qeyts ABŞ Ticarət Palatası üçün video konfransda iştirak edib. O, çıxışı zamanı tez-tez barmağındakı nişan üzüyünü nümayiş etdirib.

Qeyd edək ki, 27 il evli olan cütlüyün 3 övladı var. Boşanmaya səbəb isə Billin keçmiş sevgilisi Ann Uinbladın olduğu deyilir. Milyarder evli olduğu ərəfədə də tez-tez Ann ilə görüşüb. Hətta onların hərdən biznesmenin sahillərdən birində yerləşən evində qaldıqları bildirilib.

65 yaşlı iş adamı təzminat olaraq isə Melinda Qeytsə şirkətinin 1,8 milyard dollar dəyərindəki hissəsini verib.