“O qadın ilan sancmasından ölüb”

“O qadın ilan sancmasından ölüb”
3997 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2021” təmsilçimiz Samirə Əfəndi səhnə şousunda fonda göstərilən ilan görüntüsünün mənasını açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni bunla bağlı ona çox suallar ünvanlandığını deyib. O bildirib ki, ilan ötən il təxirə düşən yarışma üçün hazırladığı “Kleopatra” mahnısını təmsil edir:

”Bir çoxlarına maraqlı gəlir ki, çıxışımda ilan nəyi təmsil edir. Hər şeyi sizin üçün açıqlayıram. Bu, mənim ötənilki “Kleopatra” mahnıma istinaddır, çünki bu möhtəşəm qadın məhz ilan sancmasından vəfat edib. Lakin “Mata Hari” ilə bağlı da əhəmiyyət kəsb edir. Onu casusluqda ittiham edirdilər, biz bu hiyləgər və təhlükəli heyvanı Mata Harinin bu tərəfinin simvolu kimi tamaşaçılara göstərmək istədik”.