Bu gün finaldır

Bu gün finaldır
924 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Eurovision 2021” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Axşam.az xəbər verir ki, Rotterdamda keçirilən yarışmada Azərbaycan təmsilçisi Samirə Əfəndi 21-ci nömrə altında çıxış edəcək. O, “Ahoy Arena”da “Mata Hari” mahnısını oxuyacaq.

Final gecəsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland təmsilçiləri birincilik uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq müsabiqə saat 23:00-da İctimai Televiziyada canlı yayımlanacaq.