Lalədən sevgi etirafları: "Hisslərim çox dəyərlidir"

Lalədən sevgi etirafları: "Hisslərim çox dəyərlidir"
1458 dəfə oxunub
  • A-
  • A
  • A+
"Həyatımda gözəl sevgi yaşayacamsa, olsun. Sevgi mənim üçün ali hissdir. Deyirlər, həyatı, insanı sev. Elə deyil. Mənim hisslərim çox dəyərlidir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" proqramında deyib. Müğənni sevgidən söz açıb. Həyatında sevgi olmadığını açıqlayan Məmmədova sevilmək istədiyini etiraf edib:

"Həmin insan mənim sevgimi qazanmalıdır. Sevgi kəpənəklər tək deyil. Bu gün xoş söz yazım, nələrsə edim, bununla onu büruzə verim deyil. Sevgi gecə yatanda düşünməkdir: yemək yedi, yatmağa yeri oldumu, bəlkə geyinməyə paltarı yoxdur. Bizə hüzur verəcək sevgi olacaqsa, olsun. Qapım, pəncərəm hər zaman o sevgiyə açıqdır".