Meladze ilə qalmaqal Ani Lorakı müflis etdi

Meladze ilə qalmaqal Ani Lorakı müflis etdi
1415 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ani Lorakın sahibi olduğu "Ani Lorak prodakşın" iflas edib.

Axşam.az rus mediasına istinadən xəbər verir ki, buna səbəb şirkətdə yaranan maliyyə problemləri olub. Belə ki, prodakşının gəliri ilə vergi ödəməsi üst-üstə düşməyib.

Əgər şirkət bağlanarsa, Ani cəzalandırılacaq və bir neçə il yeni biznes qura bilməyəcək. Buna görə də müğənni yığılan bütün borcları son qəpiyinə qədər ödəməlidir.

Rus mediasında Lorakın bu vəziyyətə düşməsinə Valeriy Meladze ilə yaşadığı qalmaqalın səbəb olduğunu yazıb. meladze ifaçını dələduzluqda ittiham edib. Onun Ani ilə bağlı dedikləri insanların sənətçiyə nifərt etməsinə gətirib çıxarıb.