Azərbaycanın "Eurovision"da qalib olacağını yazdılar

Azərbaycanın "Eurovision"da qalib olacağını yazdılar
4092 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın məşhur "Daily Express" nəşri "Eurovision"la bağlı proqnozlarını yazıb.

Axşam.az xəbər verir ki, qəzet "Eurovision"da Azərbaycanın qalib olacağını vurğulayıb. Bildirilib ki, "Mata Hari" mahnısı və Samirə Əfəndi uğurlu çıxışı ilə sevilib.

Nəşrdə Samirənin birinci olmasının üç səbəbi yazılıb: Əfəndinin musiqi yarışmalarındakı təcrübəsi, Azərbaycanın "Eurovision"da uğurlu ölkələrdən biri olması və əvvəllər favorit olmasa da, müsabiqədə qalib gəlməsi.

Qeyd edək ki, yarışmanın böyük finalı bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq, təmsilçimiz S.Əfəndi "Mata Hari" mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.