"Youtube"la bağlı yeni qərar

"Youtube"la bağlı yeni qərar
1718 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur video paylaşım saytı "YouTube" bütün videolara reklam qoyma qərarı aldığını açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən çox ziyarət edilən və 2,3 milyard istifadəçisi olan sosial şəbəkə əldə edilən gəliri abunəçi ilə bölüşməyəcək.

Açıqlamada bildirilib ki, "YouTube" platformadakı bütün paylaşımlardan pul qazanma haqqına sahibdir. Reklamlar "YouTube İş Ortağı" proqramının parçası olmayan kanalların videolarında da göstərilə bilər.

Sosial media istifadəçiləri bu qərarın abunəlik qazanmağa çalışan istifadəçiləri limitləyəcəyindən narahatdır. "YouTube" sözügedən qərarı iyunun 1-dən aktivləşdirəcək.