"Bu ölkədə qadınlar Allaha əmanət yaşayır"

"Bu ölkədə qadınlar Allaha əmanət yaşayır"
2777 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Simge Sağın qadınları qorumaq üçün qanunların yetərli olmamasından gileylənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin "Bu ölkədə qadın olaraq Allaha əmanət yaşayırıq" sözləri səs-küyə səbəb olub.

Kişi şiddətinə məruz qalıb-qalmaması ilə bağlı suala Sağın "Qalmadım, amma bu, mənim özümlə əlaqədardır. Özümü hər zaman yaxşı qorudum. Biri belə bir addım atsa, yəqin ki, döyərdim. Təəssüf ki, bizi qoruyacaq qanunla yetəri qədər deyil. Bu ölkədə Allaha əmanət yaşayırıq. Əlimizə kin, inciklik və əsəblə dolu bir top buraxıblar. Lənət doludur o top. Bu məsələ haqda danışanda belə, əsəbdən əllərim əsir" cavabını verib.