Aqil Məhərrəmov: "İnsan etdirdiyi əməlin bədəlini mütləq ödəyir" - Video+Fotolar

Aqil Məhərrəmov: "İnsan etdirdiyi əməlin bədəlini mütləq ödəyir" - Video+Fotolar
2495 dəfə oxunub
  • A-
  • A
  • A+

Ekstrasens Aqil Məhərrəmovun Axşam.az-a müsahibəsini təqdim edirik:

- Bir müddətdir fəaliyyətinizə ara vermişdiniz...

- Gündəmdən uzaqlaşmışdım. Amma fəaliyyətimi davam etdirirdim. Səbəb koronavirus və işlərin çox olması idi. Ara vermək lazımıydı. İndi bu durum yavaş-yavaş yaxşılaşır.

- İ̇ndi yəqin sizə hər kəs koronovirusdan sual verir. Siz bu ərəfə haqda nə deyə bilərsiz?

- Bu bəladan heç qurtulmayacağıq. Amma bu ilin sonundan sonra yumşalmalar daha çox olacaq. Virusun havanın isti və soyuqluğu ilə əlaqəsi yoxdur. Soyuq aylarda, gələn il qışda çox azalma olacaq.

- Bir müddət əvvəl müsahibənizdə Türkiyəyə köçəcəyinizi demişdiz...

- Bir müddət gedib-gəldim, orada mükafat da aldım. İşlər dayandı, öz günahım idi. Rusiyada və burada işlərim çox olduğu üçün vaxt çatdırmadım. Gələn il yenə də gedəcəm. Yenə də oradan yazanlar olur. Amma çox da əlaqə qura bilmirəm. Gedib-gəlmək vəsait tələb edir.

- İndi insanlar ekstrasenslərə ən çox hansı problemə görə müraciət edir?

- Sağlamlıqdan çox qorxurlar. İndi hamı sağlamlığına diqqət edir. Digər hər zaman aktual olan mövzu isə ailə problemidir. Biznes azalıb. Çox yer bağlanıb. Ən çox uğurlu işlərim biznes sahəsində olur. Çünki mən qısa vaxtda təsir göstərən biznes işləri görürəm. Ən qısa müddətdə möhtəşəm nəticə olur.

 

- Bəs ekstrasens sağlamlıqla bağlı problemlərə necə kömək edə bilər?

- Əgər sağlamlığında problem varsa, ekstrasens ona heç nə edə bilməz. Onu həkimə yönləndirirk. Yox, əgər cadudursa, onda bizim işimizdir. Neqativi təmizləyirik və sağlamlıq normallaşır. Həkim işi boynumuza götürə bilmərik. Amma illərlə müalicə alan adamlar var ki, sağalmır. Bu zaman cadunun əlaməti olduğu aşkarlanır. Neqativ vasitələrdən çakranın pozuntusu yaranır. Bu da orqanizmdə problem yaradır. Çakraların təmizlənməsi ekstrasensin işidir. Yoqa və gimnastika ilə məşğul olan insanlara cadu təsir etmir. Onların aurası təmiz olur. Çakraları daim işləyir.  

- Sağlamlığa təsir edən cadular nədir?

- Cadunun 90 faizi foto ilə edilir. Çünki indi kimsə-kiminsə evinə getmir. Saç, daraq artıq geridə qalıb. Şəkillə işə, şəxsi həyata edilir, bu da səhhətə ziyan vurur. İllərlə bədəndə qalan cadular da orqanizmdə ağrılar əmələ gətirir. Bir də sağlamlığa ziyan vuran vudu magiyası var. Bu isə Azərbaycanda edilmir.

 

- Deyirlər, ağ və qara magiya. Sizdə hansıdır?

- Magiyanın ağı və qarası olmur. İnsanların öz düşüncəsidir ki, rəng verir. Yaxşı və pislikdən asılıdır.

- Deyirlər pislik daha tez təsir edir.

- İnsanı bıçaqla yaralamaq asandır. Amma onun əməliyyatı, yaranı sağaltmaq uzun vaxt tələb edir. Magiyada da elədir. Həm də şeytan insanı tez yoldan çıxarır. 50 illik, 30 illik cadular var. Ən çətini dənizə atılan və yeyilən cadulardı. İki həftəlik cadular var. Uzunmüddətli cadular var ki, bunu peşəkarlar edir. Dəniz dalğalıdır, hər dəfə dəniz dalğalandıqca cadu yerindən tərpənir və təsiri artır.

- Bəs, hansı halda cadu insana təsir etmir?

- Qoruyucusu olduğu halda cadu təsir etmir. Əgər yoqa edirsənsə və ya rəhmətə gedən insanın ruhu səni qoruyursa, cadu sənə təsir etməz. Bir də əgər kəbin varsa, cadu ilə ayırmaq çox çətindir. Kəbin cadunun qarşısını 70 faiz alır. Ona görə də ailəli şəxslərdə mütləq kəbin olmalıdır.

- Aqili digər ekstrasenslərdən nə ayırır?

- Peşəkaram, özüm iş görürəm. Digərləri gedib başqalarına pul verir, əməl etdirir və deyir mən etdim. Qəbulumda olan insanlara 10 il sonranı demirəm. Necə deyə bilərsən? İnanılmaz bir durumdur. Necə sən gələcəyi deyə bilərsən? Etdiyim magiya təhlükəli deyil. Ziyan vurmuram. Hər bir şeyin bədəli var. Əgər insan məndən aşırı maddiyat tələb edirsə, deyirəm ki, bədəlini ödəyirsən. Razısansa, edim. İnanırsız, 90 faiz deyir razıyam. Deyirəm, övladın var, onun xoşbəxtliyi əlindən alına bilər. Uşağın, nəvən xəstə doğular. Buna önəm vermirlər. 10 faiz halda razılaşıram. Amma yenə də onların istədiyi kimi ağır yox, öz bildiyim kimi edirəm. Güclü bir şey istəyirsənsə, bədəli var. Pis bir şeyin isə mütləq bədəli olur. Ev dağıtmaq, işdən çıxarmaq, kiminsə övladını öldürtmək pis bədəl ödəyəcəksən deməkdir. 

 

- Siz hansı vasitələrlə insanın gələcəyini, başına gələni deyirsiz?

- İnsanın gözünün içinə baxaraq kino lenti kimi həyatını izləyirəm. Bəzən qəbulda olanlar xırda nəsə istəyir. Onda tarot kartlarından istifadə edirəm.

- İnsanlar mənfi auradan xilas olmaq üçün evdə nə edə bilərlər?

- Deyirlər sirkə cadunu təmizləyir. Yalandır. Dəniz duzu ilə vanna qəbul etmək lazımdır. Evdə ağ şam yandırın. Hətta paltar yuyanda maşına duz atın. Evdə dava etməyin, neqativlik gətirir.

Tel.: (994) 55 223 66 13

Rusiya: +79601374639 

İnstaqram: @ekstrasens_agil_magarramov