Brilliant Dadaşova Afəti təhqir edib?

Brilliant Dadaşova Afəti təhqir edib?
1880 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Afət Fərmanqızı Xalq artisti Brilliant Dadaşova ilə aralarında qalmaqal yaşandığını bildirib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "7 Canlı" proqramında danışıb. Afət ona ünvanlanan "Kaş aranızda soyuqluq olmazdı" sualını Dadaşovaya aid etdiyini deyib.

İfaçı bildirib ki, mübahisəyə səbəb onun qalmaqallı "Pencu şeş" mahnısı olub:

"Brilliant xanımın sənətini sevirəm. Məlum mahnı ilə bağlı qalmaqalda bilmədi söhbət nədən gedir. Onu səhv məlumatlandırdılar. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim. O, söhbəti yayımlamadım. Kim istəyirsə, jurnalistlər mənimlə əlaqə saxlasın. Ona həmin təhqirləri verim. Yayımlamasınlar, amma görsünlər o təhqiri".