Samirə məşhur gecə üçün Yunanıstana dəvət edildi

Samirə məşhur gecə üçün Yunanıstana dəvət edildi
1168 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision 2021" təmsilçisi Samirə Əfəndi Yunanıstana yollanıb.

Axşam.az xəbər verir ki, müğənni "Open TV" də səhər proqramının qonağı olub. O, müsabiqədə 21-ci yeri tutmasına görə məyus olduğunu deyib:

"Əsas odur ki, tamaşaçıların qəlbini və sevgisini fəth etdim. Mənim üçün ən önəmlisi bu idi".

Aparıcı Samirəyə "Siz Azərbaycanda ulduzsunuz" sözlərini söyləyib. Əfəndi isə tək Azərbaycanda yox, dünyanın bir çox yerində tanınınr. O cümlədən Rusiyada da sevildiyini vuröulayıb. Proqramda ifaçıya Norveç təmsilçisi Tiksin sevgi etirafından da sual ünvanlanıb.

Qeyd edək ki, Yunanıstanda Samirəyə "Mad VMA21" mükafatı veriləcək. Tədbir iyunun 25-də baş tutacaq.