Müğənnilərə verdiyi bəstələrini bu dəfə özü oxudu

Müğənnilərə verdiyi bəstələrini bu dəfə özü oxudu
795 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar-müğənni Pərviz Mahmudov ilk dəfə akustik albom hazırlayıb.

Axşam.az xəbər verir ki, sənətçi şou-biznes nümayəndələrinin ifasında tanınan bəstələrini bu dəfə özü oxuyub.

Albomda daha əvvəl Aygün Kazımova, Brilliant Dadaşova, Günay İbrahimli, Sevda Yahyayeva və digər müğənnilərin ifa etdiyi "Paramparça", "Bilirəm", "De mənə", "Yansın", "Bir acı" kimi mahnılar musiqi prodüseri Camal Qurbanov tərəfindən aranjıman olunub.