"Rusca danışana "cool" deyib, türkcəmə görə məni tənqid edirlər"

"Rusca danışana "cool" deyib, türkcəmə görə məni tənqid edirlər"
2335 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günel Zeynalova türk dilində danışmasını tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Söhbət musiqidən gedir" proqramında danışıb. O bildirib ki, 22 ildən çoxdur Türkiyədə yaşayır və buna normal baxır:

"Ürəkləri qara insanlar, oturub mənə mənfi yazanlar xətrimə dəyir. 22-23 ildir İstanbulda yaşayan insan türkcə danışa bilər. Bizim kökümüz türkdür. Bu dili yadırqamamalıyıq. Evin içində Azərbaycan dilində danışıram, amma studiyaya və başqa yerə gedəndə türkcə danışmalı oluram. Azərbaycanda rus dilində danışmaq "cool"dursa, bunu "cool" kimi dəyərləndirirsiniz. Onda mən də türk dilində danışmağı "cool" hesab edirəm. Gedib Türkiyəyə bir-iki gün qalıb gələnlər "nasılsın" deyir".

Günel Azərbaycanda yaşamamasının səbəbini açıqlayıb:

"İki ölkənin vətəndaşıyam. Hələ orada vətəndaşlıq almamışam. Xarici ölkəyə, məsələn, Almaniyaya gedəndə həm İbrahim Tatlısəsin adıyla, həm də Azərbaycan qızı kimi tanıyırlar. Bura gəlirəm, amma oradakı evim, idmanım, dostlarım üçün darıxıram. Orada qonaq hesab edilmirəm. Kiçik yaşımdan İbrahim bəy məni ora apardı, hamının içinə girib-çıxıram".