Koronavirusun “Delta” ştammı Rusiyada da aşkarlandı

Koronavirusun “Delta” ştammı Rusiyada da aşkarlandı
913 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyada koronavirusun “Delta-plus” ştammı qeydə alınıb.

Axşam.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “Rospotrennadzor”un rəhbəri Anna Popova məlumat verib.

O bildirib ki, ötən həftə haqqında məlumat verilmiş ştammın bütün detalları diqqətlə yoxlanılıb və infeksiyanın "Delta-plus" olduğu təsdiqlənib. Həmin infeksiyaya yoluxan qadının isə səhhəti hazırda yaxşıdır.

Qeyd edək ki, iyunun 24-də Anna Popova Rusiyada koronavirusun yeni "Delta-plus" növünün olmadığını söyləmişdi.

Xatırladaq ki, ÜST “Delta”nı COVID-19 mutasiyaları arasında müəyyən olunan ən yoluxucu variant adlandırıb. Yeni ştamm hazırda 85-dən çox ölkədə mövcuddur.