Aktrisadan təcavüz etirafı

Aktrisadan təcavüz etirafı
2928 dəfə oxunub
  • A-
  • A
  • A+
"Son yaz" serialında baş rollardan birini canlandıran aktrisa Hafsanur Sancaktutan açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə babası tərəfindən təcavüzə məruz qaldığını etiraf edib:

"Etiraf edirəm, babam mənə təcavüz edib. Pedofil bir adamın nəvəsi olmuşam. Qohumlarım, qonşularım, iş yoldaşlarım tərəfindən pis rəftar görmüşəm. Utanmırıq, qorxmuruq, tək olmadığımızı bilirik".

Qeyd edək ki, 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst qalmağından sonra sosial şəbəkədə məşhurlar etiraz ismarışları paylaşmağa başlayıb.