Milyarderin Şeymaya aldığı hədiyyələrin çekləri yayıldı - Fotolar

Milyarderin Şeymaya aldığı hədiyyələrin çekləri yayıldı - Fotolar
3307 dəfə oxunub
  • A-
  • A
  • A+
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussidən dələduz olduğu üçün ayrıldığı iddia edilmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının Subaşına aldığı zinyət əşyalarının qəbzləri sosial şəbəkədə yayılıb. Onun Şeymaya "Bvlgari" brendindən aldığı qolbağın 22 min dollar, üzüyün isə 4 975 dollar olduğu ortaya çıxıb.

Qeyd edək ki, evlilik hazırlığında olan Şeyma Subaşı hamilə olduğu üçün toyu təxirə saldığını daha sonra isə stress səbəbi ilə övladının tələf olduğunu açıqlamışdı. O, bir müddət sonra isə ayrılıq xəbərlərini doğrulamışdı.