Türkiyədə yoluxma sayı azaldı

Türkiyədə yoluxma sayı azaldı
344 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 42 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 288 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 219 nəfər sağalıb, ağır xəstə sayı isə 706 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 430 940 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 300 504 nəfər sağalıb, 49 774 nəfər isə ölüb.