“AZAL qiymətləri azaltmalıdır”

“AZAL qiymətləri azaltmalıdır”
2256 dəfə oxunub
  • A-
  • A
  • A+

"Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur".

Axşam.az xəbər verir ki, bunu Milli Məclisin Zaqataladan seçilmiş deputatı Elşən Musayev təmsil etdiyi rayonun hava limanında bir təyyarənin belə olmamasına görə AZAL-ı tənqid edərkən deyib.

Deputat bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz:

"AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi".