Toyun dəbli və dəbsiz məşhurları - Fotolar

Toyun dəbli və dəbsiz məşhurları - Fotolar
10422 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadənin oğlu Loğmanın toy məclisinə şou-biznesin tanınmış simaları da qatılıblar.

Axşam.az xəbər verir ki, gecədə məşhurlar geyimləri ilə bir-biriləriylə yarışa giriblər. Yenə də bir çoxları qara rəngə üstünlük verib. Sənət adamlarının gecədəki geyimlərini təqdim edirik:

Müğənni Xatirə İslam məclis üçün qara paltar seşib. Alt hissəsi şortik olan geyimin üstündə uzun tül yer alıb. Xatirə tərzini qırmızı çantası ilə rəngləndirməyə çalışıb.

Xalq artisti Röya Ayxan toyda yer alan qonaqlar sırasında olub. O, məclisə açıq yaşıl rəngli ətək və kofta geyinib. Röya qızılı boyunbağı ilə tərzini tamamlayıb.

Müğənni Nura Suri gecəyə qara paltarla qatılıb. Qısa ətəkli paltarına üzərində olan tül şleyf fərqlilik qatıb. 

Əkiz bacılar Sevil və Sevinc Səfərovalar toya qara məxmərdən olan uzun paltar geyiniblər. Uzun yarıqlı libasını müğənnilər qaşlı gümüşü sırğa ilə tamamlayıblar.

Müğənni Elnarə Xəlilova toy üçün sarı pencək seçib. İfaçı idman tərzində olan pencəyinin altından isə qara və ağ xətli köynək geyinib.

Müğənni Günay İbrahimli məclisdə ağ uzun paltarı ilə diqqət çəkib. Sənətçi öz moda evinə aid olan uzun ətək və pencəyin altına gümüşü qaşlı top geyinib. Günay tərzini qara çanta ilə tamamlayıb. 

Müğənni Gülay Zeynallı da məclisin qara geyimli xanımları siyahısında yer alıb. O, toy üçün qara midi paltar seçib. Gülay qızılı sandalla tərzini tamamlayıb. O, eyni zamanda qara çanta seçib. 

 

Rəqqasə Fatimə Fətəliyeva da bir çox sənət adamından geri qalmayaraq, qara geyim seçib. İlan dərisini xatırladan qara paltarı Fatimə qızılı çantayla rəngləndirməyə çalışıb.

Müğənni Ayan Babakişiyeva isə cəsarətli geyimlə gecəyə qatılıb. Ağ və uzun yarıqlı libasın alt hissəsindən sənətçi bej rəngli tül geyinib. Ayan dərin sinə dekoltesi olan libası üçün "Amina Muaddi"dən olan şəffaf ayaqqabı seçib.   

Aparıcı Günay Baxşəliyeva da gecənin qonaqları arasında yer alıb. O, məclis üçün leopar naxışlı paltar seçib. Günay şəffaf sandalla tərzini tamamlayıb.

Əməkdar artist Manana Caparidze toya gümüşü parıltılı tulum seçib. Müğənni tulumun üstündən dəri gödəkcə geyinib. Sənətçi tərzini qara kəmər və ayaqqabı ilə  tamamlamağa çalışıb.

Vizajist Nigar İbrahimova qara uzun libasla toya qatılıb. O, enli tərzdə olan paltarını aksesuarlarla tamamlayıb.