Natavanla Səidə barışdı - Video

Natavanla Səidə barışdı - Video
3185 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir küsülü olan müğənnilər Natavan Həbibi və Səidə Sultan barışıb. 

Axşam.az xəbər verir ki, onlar müğənni Kərim Abbasovun oğlu Yusifin kiçik toyunda bir araya gəliblər. 

Səidə səhnədə mahnı oxuyan Natavana yaxınlaşaraq, onu qucaqlayıb və incikliyə son qoyub. Həmin görüntülər "show_news" səhifəsi paylaşıb. 

Qeyd edək ki, Səidə Natavan haqqında "Əvvəl dəstək idi, sonra zay oldu. Üzümə dedi ki, niyə beləsən. Çox sözlər dedi, ondan sonra son qoydum. Allah onu xoşbəxt eləsin. Sənətdə rəqib olaq. Çıx da bu aləmdən, ancaq özünə qulaq asır. Bir yerdə ola bilmərik. Gözəl musiqiçidir, savadı var. Amma özü, ancaq "mən-mən" deyir. Gözümü açandan Natavanın yanında çox olurdum. Sərbəstliyi onda gördüm. Bəzən mən onu, bəzən o məni qoruyurdu. Yaşım az idi, indi öz yerimdəyəm. Natavan da deyir, niyə əvvəlki kimi deyilsən?" sözlərini söyləmişdi. O, növbəti açıqlamalarının birində isə N.Həbibinin ünvanına "İfritədir" sözünü söyləyib.