Aktyor 25 yaşlı oğlunu xərçəngdən itirdi

Aktyor 25 yaşlı oğlunu xərçəngdən itirdi
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

Tannımış ingilis aktyor Timoti Simon Rotun 25 yaşlı oğlu xərçəngdən dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun özü açıqlama yayıb. O, oğlu Kormakun oktyabrın 16-da xərçəngdən öldüyünü bildirib.

Rotun sözlərinə görə, bir il əvvəl oğlana III mərhələdə mikrob hüceyrə xərçəngi diaqnozu qoyulub.

Qeyd edək ki, musiqiçi olan Kormak 2021-ci ilin noyabrında diaqnoz qoyulduqdansonra müalicəyə başlasa da, artıq apreldə eşitmə qabiliyyətinin yarısını və 60 kiloqram çəki itirmişdi.