Britni Spirs ən böyük arzusuna çatdı

Britni Spirs ən böyük arzusuna çatdı
802 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Britni Spirsin həyatında ən çox gözlənilən gün yaşanıb.

Axşam.az xəbər verir ki, ötən gün müğənninin atası Ceymi ilə məhkəmə prosesi başa çatıb. İndi ulduz rəsmi olaraq qəyyumluqda deyil, lakin hadisələrin nəticəsindən narazı qalıb.

Birincisi, pop ifaçısı atasının iki milyon dollardan çox qanuni borclarını ödəməli olacaq. İkincisi, görüş mediada onun gözlədiyindən tamamilə fərqli şəkildə işıqlandırılıb. Bununla belə, Britni proses başa çatdıqdan dərhal sonra onu dəstəkləyə bilən bir adamın əhatəsində görüntülənib.

"Daily Mail" yazır ki, paparassilər Spirsi Pol Riçard Solizin idarə etdiyi avtomobildə görüntüləyiblər. Sentyabrda bildirilib ki, müğənni Sem Əsgəridən ayrıldıqdan sonra Riçardla münasibət qurub. Daha sonra insayderlər, ulduzun ondan ayrıldığını bildirib.