Botoks effekti verən maska

Botoks effekti verən maska
1529 dəfə oxunub
  • A-
  • A
  • A+

Qırışlar, sızanaqlar, qara nöqtələr və ləkələr hər zaman xanımları narahat edib. Bunları isə aradan qaldırmaq çətin deyil.

Axşam.az bütün bu problemləri aradan qaldıracaq, botoks effektli təbii maska təqdim edir:

1 xörək qaşığı qarğıdalı nişastası, 5 xörək qaşığı təzə sıxılmış kök suyu, 1 yemək qaşığı az yağlı krem. 100 ml suyu isidib qarğıdalı nişastası ilə qarışdırılır, soyuduqdan sonra içinə digər məhsullar əlavə olunur.

Təmiz dəriyə çəkib yarım saat gözlənilir. Maska 3-5 həftədən sonra öz təsirini göstərməyə başlayacaq.