Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Şuşada "Xarıbülbül" beynəlxalq musiqi yarışması keçirilib.
Axşam.az-ın məlumatına görə, festival zamanı səhnəyə çıxan müğənnilərin saç və makiyajı stilist Elnur Həsənova həvalə edilib.
Elnur komandası ilə birlikdə sənət adamlarını səhnəyə hazırlayıb. Onlar arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Gülyaz və Gülyanaq Məmmədova, Natiq Şirinov, Əməkdar artistlər Lalə Məmmədova, Sevda Ələkbərzadə və başqaları yer alıblar.