Brilliant Dadaşovadan yeni mahnı - Audio

Brilliant Dadaşovadan yeni mahnı - Audio
1112 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova "Özgüvənimsən" adlı mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni bəstəni ilk dəfə "Xəzər axşamı" proqramında səsləndirib. Bununla Dadaşova öz planını pozub. Belə ki, B. Dadaşova adıçəkilən mahnıya yaxın həftələrdə klip çəkdirməyi planlaşdırıb.

O, yeni ifasını kliplə birlikdə təqdim etməyi düşünüb. Hətta bunun üçün geyimlər, məkan seçilib, rejissorla danışılıb. Sosial şəbəkədə mahnıya olan maraq səbəbindən müğənni mahnını klipsiz dinləyicilərin ixtiyarına verib.

Bəstənin söz və musiqisi Temmiyə aiddir.