Bu gün Slovakiya Baş naziri Robert Fitsoya qarşı hökumətin səyyar iclasının keçirildiyi binanın qarşısında sui-qəsd olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qısa lüləli tüfəngdən açılan atəş nəticəsində Baş nazir döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.
O, xəstəxanaya aparılarkən huşunu itirib, tibbi yardımdan sonra isə vəziyyəti stabilləşib.
Sui-qəsdə cəhd edən şəxsin isə 71 yaşlı məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğu üzə çıxıb.
O, polis tərəfindən saxlanılıb.
***
Slovakiyanın baş naziri Robert Fitso əməliyyat olunub.
Bu barədə TAZ telekanalı məlumat yayıb.
Bildirilib ki, əməliyyat uğurlu keçib və onun vəziyyəti stabildir.
Robert Fitsoya atəş açan və polis tərəfindən saxlanılan yazıçı Yuray Çintula isə açıqlamasında hökumətin siyasəti ilə razı olmadığını bildirib.
***
Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdən sonra onun vəziyyəti son dərəcə ağırdır.
Bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak mətbuat konfransında bildirib.
O, əməliyyatın 3,5 saatdan çox çəkdiyini qeyd edib.
