Nərgiz Cəlilova: “Bədən quruluşu, üz cizgiləri o vaxt korlanır ki...”

Nərgiz Cəlilova: “Bədən quruluşu, üz cizgiləri o vaxt korlanır ki...”
5927 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Nərgiz Cəlilova gözəllik sirlərindən danışıb.

Axşam.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Onlar” verilişinə müsahibə verən teleaparıcı bunun üçün xüsusi addım atmadığını deyib:

“Adi qadınam. Heç bir sirrim yoxdur. Mən müəyyən mənada formamı saxlaya bilmişəm. Əvvəla, buna Allahın lütfü deyərdim. İşimlə də bağlı olub. Görünür ki, o da müəyyən qədər insanı səfərbər edir. Heç vaxt nə arıqlayıb, nə də kökəlməmişəm. Bədən quruluşu, üz cizgiləri o vaxt korlanır ki, siz kökəlib arıqlayırısınız. Xanımlarımız çalışsın ki, eyni çəkidə qalsınlar. Çox kökəlib, çox da arıqlamasınlar. İnsan başqalarına qarşı münasibətdə nə qədər xoşniyyətli olsa, o, daha çox öz təravətini saxlayır”.

Adi günlərdə daha çox idman geyiminə üstünlük verdiyini deyən N.Cəlilova geyimlərə xərclədiyi puldan da danışıb:

“Biz aparıcılar çox hallarda gecə libasları ilə səhnəyə çıxdığımız üçün bezirik. Gündəlik geyimdə idman stilinə daha çox üstünlük verirəm. Bu, brend və ya adi sıradan geyim ola bilər. Əsas odur ki, yaraşsın. Hamı öz ölçülərinə uyğun seçim etməlidir. Bir balaca dəblə ayaqlaşmaq da lazımdır. Efirdə olduğumuz üçün bizə baxıb örnək götürürlər. Bir də görürsünüz ki, təcili tədbir olduqda eyni libasla qatılmaq istəmirsən, ona görə Bakıdan da, getdiyim xarici səfərlərdən də tez-tez libaslar alıram. Pul xərcləməkdə bir limitim, ölçü meyarım var. Lazımdırsa, almalıyam. İrad tutanı, rişxənd edəni də var. Pis qazanmırıq, çalışırıq ki, bugünkü dəbə uyğun olaq”.