Lətifə Soyuözdən illər sonra yenilik - Audio

Lətifə Soyuözdən illər sonra yenilik - Audio
920 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz uzun fasilədən sonra yaradıcılığında yenilik edib. 

Axşam.az xəbər verir ki, sənətçi “Qayıdacaq o” adlı mahnı təqdim edib. 

Bəstənin musiqisi Çingiz Əliyev və Xalis Xan, sözləri Çingiz Əliyevə məxsusdur. 

Yeni işindən danışan Lətifə “2 il aradan sonra çox həyəcanlı bir şəkildə yeni mahnımı sizə təqdim etmək istəyirəm. Hər kəs üçün çox yaxın bir mahnı olacaq. Əvvəl fərqli janr düşünmüşdük, daha sonra gözlənilmədən bu mahnı yarandı. İlk dəfə çalışdığım Xalis Xanla maraqlı layihə təqdim edirik. Çox həyəcanlıyam. 2 ildən çoxdur mahnı oxumurdum. Səbəb isə biznesə başımın qarışması oldu. Həm də uzun müddətdir axtarışda idim. Mənim üçün yeni bir janr oldu. İnanıram ki, çox bəyənəcəksiniz” sözlərini söyləyib. 

İfaçı bundan sonra yaradıcılığında uzun fasilə verməyəcəyini əlavə edib.