Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyində - Video

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyində - Video
769 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Tünzalə Ağayeva xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.

Axşam.az xəbər verir ki, müğənni bununla bağlı instaqram hesabında video paylaşıb. O, yayımladığı videoya bunları yazıb:

“Sənətinin sənətkarı, dahilərin mühitində seçilən sənətkar olmaq bir xoşbəxtlikdir. Səməd Vurğunun, Xavər xanımla yaşadıqları evdə olmaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Süleyman Ələsgərovun, Səid Rüstəmovun, Yusif Səmədoğlunun ifa etdiyi pianoda oxumaq, hə, bir də Böyük Səməd Vurğunun nəticəsi dəyərli pianoçu Vurğun Vəkilovun müşayətində oxumaq tam başqa bir seçilməkdir. Şəxsimə, sənətimə olan etibar və dəyərdir. Allahın sonsuz lütfünə həmd olsun. Böyük azərbaycanlılar sizə uşaqlığımdan vurğunam, musiqi mədəniyyətimin, ana dilimin, ədəbiyyatımın dahiləri, ruhunuz şad olsun”.