Xəbər verdiyimiz kimi, “Hatayspor” klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirelin boşandığı iddia edilib.
Axşam.az-ın məlumatına görə, Volkan sosial media hesabında məsələyə münasibət bildirib. O, çıxan xəbərləri təkzib edib.
Volkan Zeynəblə olan birgə fotosuna "Bəzən (bir çox evlilikdə olduğu kimi) dava edirik, anlaşmırıq. Lakin boşanmağımızla bağlı çıxan xəbərlər doğru deyil. İndi qarşılıqlı əyləşib səhər yeməyi yeyirik" deyə, yazıb.
Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ailə qurub. İkilinin Yade və Yeda adlı iki övladı var.