Oqtay Zülfüqarovun 95 illiyi qeyd olunacaq

Oqtay Zülfüqarovun 95 illiyi qeyd olunacaq
587 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 24-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bütün ömrünü uşaqlara həsr etmiş bəstəkarın xatirə gecəsi elə uşaqların iştirakı ilə qeyd olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı bəstəkarın bir-birindən maraqlı dillər əzbəri olan mahnılarını ifa edəcək.