Arnold və Denni 36 il sonra eyni filmdə

Arnold və Denni 36 il sonra eyni filmdə
999 dəfə oxunub
  • A-
  • A
  • A+

"Əkizlər" komediya filminin ulduzları Arnold Şvartsenegger və Denni DeVito illər sonra yenidən eyni layihədə rol alacaqlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 79 yaşlı Denni müsahibəsində deyib:

"Biz həqiqətən yenidən birlikdə işləmək istəyirik və bunu uzun müddətdir müzakirə edirik. Hazırda ssenari üzərində iş gedir".

Aktyor yeni ekran işinin adını açıqlamasa da, onu "Warner Brothers" şirkətinin lentə alacağını bildirib.