Aytən Səfərovanın düşdüyü qəzanın görüntüsü

Aytən Səfərovanın düşdüyü qəzanın görüntüsü
3241 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova bu gün səhər saatlarında avtomobil qəzasına düşüb. 

Axşam.az-ın məlumatına görə, bir nəfərin ölümü ilə nəticələnən qəza anının görüntüləri yayılıb. Videonu bloger Saleh Nəsirli paylaşıb. 

Qeyd edək ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib.

“Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.