Aytən Səfərova qəzaya düşdü, xəstəxanadadır - Video

Aytən Səfərova qəzaya düşdü, xəstəxanadadır - Video
2730 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Axşam.az xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.

Aparıcının həyat yoldaşı Axşam.az-a açıqlamasında A.Səfərovanın hazırda xəstəxanada olduğunu, həkim tərəfindən müayinə edildiyini deyib.