Atasından Nəzrinə: "Evin böyüyü kişidir"

Atasından Nəzrinə: "Evin böyüyü kişidir"
3561 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyudur. 

Axşam.az-ın məlumatına görə, M.Eyubovanın evindən qızının gəlingötürdü mərasiminin videosu yayılıb. 

Videoda xanəndənin həyat yoldaşı Xosrov Nəcəfovun qızına xeyir-dua verməsi əks olunub. 

"Sözə qulaq asasan, getidiyin evə ruzi aparasan. Sizin xoşbəxtliyiniz daimi olsun, mehriban olasınız. Birinizin sözü o birinin boğazından keçsin. Hamısını qızıma demişəm, güzəştə getməyi bacar. Evin böyüyü evin kişisidir. Mərdan da mənim balamdır. Şükür ki, düşündüyümüz kimi bir oğul sənə rast gəlib. Ömürboyu bir-birinizə məhəbbətiniz əskik olmasın. Hər zaman onun yaxınlarına, qohumlarına mehriban və hörmətli olasan. Sən nə qədər onlara hörmətli olsan, onlar da səni bir o qədər istəyəcək. Qızımı mən böyütmüşəm, necə olduğunu bilirəm" deyə, o bildirib.