"Bunu etsəniz dünya dağılmaz" - Nadirdən kanallara

"Bunu etsəniz dünya dağılmaz" - Nadirdən kanallara
1476 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə verilişlərdən şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" proqramında söz açıb. O bildirib ki, özəl kanallarda şou xarakterli proqramlarda klassik musiqilərə yer ayrılmır:

"Sırf sənətə həsr olunan verilişlər azdır. Şou xarakterli proqramlar da olsun. Amma özəl kanallar da bunu etsin. Klassik mahnıları səsləndirə biləcəyimiz 1 saat ayrılsın. 1 saat vaxt ayırsalar, dünya dağılmaz".

N.Qafarzadə yeni bəstələrin tez unudulmasından gileylənib:

"Mənə elə mahnı göndərirlər ki... Yazırlar ki, Nadir müəllim, əsl sizlikdir. Görürəm ki, Nadirin "N-sı"da yoxdur. Deyirəm ki, bir az üzərinizdə işləyin. Gənc nəsldən yaxşı mahnılar istəyirik. Birini oxuyursan, 1 həftədən sonra dəbdən düşür. Əvvəl az mahnı yazırdılar, amma gözəl olurdu. İndi gecə yatıb yuxuda nə görürsə, səhər artıq studiyadadır. Rəşid Behbudov bir bəstə üzərində 1 ay işləyirmiş".