"Səninlə qürur duyuram" - Foto

"Səninlə qürur duyuram" - Foto
2318 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nurlan Əzizbəyli oğlu Mehranla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında hərbi xidmətdə olan övladının fotosunu paylaşaraq onun doğum günü olduğunu bildirib:

"9 il bundan qabaq həyatımıza bir günəş doğdu və bu günəş dünyamızı öz şəfəqləriylə işıqlandırdı. Mənə atalıq adını qazandırdı... Bu gün o gündür canım oğlum. Döyünən ürəyim, aldığım nəfəsim, Mehranım, dünyamıza gəldiyin günün mübarək. Nə yaxşı ki, varımızsan. Allah səni qorusun həmişə. Sağ və salamat olasan. Bu gün yanımızda olmasan da, amma bir əsgər atası olaraq səninlə qürur duyuram. Həmişə Vətəninə, valideynlərinə layiqli övladlardan olasan. İgid oğlum, can parçam. Doğum günün mübarək!".