“Bakı marafonu”na Aygün Kazımova start verdi - Yenilənib+Video

“Bakı marafonu”na Aygün Kazımova start verdi - Yenilənib+Video
3428 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb.

Axşam.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finişi də Dövlət Bayrağı Meydanında olacaq.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

200-dən çox fəxri qonağın və 6 mindən çox tələbənin iştirak etdiyi marafona sənət aləminin tanınmış simaları da qatılıb.

Yarışın start işarəsini Xalq artisti Aygün Kazımova verib.

Qeyd edək ki, “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur. Bu, Aygün Kazımovanın sayca dördüncü start fitini verməsidir.