Külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

Külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
1825 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün axşamdan mayın 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, mayın 6-sı gecə və axşam, 7-si günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var.