17 yaşlı qızı 37 yaşlı kişi ilə nişanladılar

17 yaşlı qızı 37 yaşlı kişi ilə nişanladılar
1357 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. 

Axşam.az xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. 

Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı kişi ilə toyunun olduğu qeyd olunur. 

Xaçmaz rayonunun Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin direktor əvəzi Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında həmin məktəblinin 6-cı sinifdən məktəbə gəlmədiyini və iki il gəlmədiyi üçün məktəbdən çıxarıldığını deyib.

Onun sözlərinə görə, həmin qız 2007-ci il təvəllüdlüdür. Onun toyu yox, nişan mərasimi olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov mövzuya münasibət bildirib. O, qeyd edib ki, sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib: 

“Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T.F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar”.

Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır.