Ceyda Düvenci bu açıqlamasına görə tənqid olundu

Ceyda Düvenci bu açıqlamasına görə tənqid olundu
1558 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aparıcı-aktrisa Ceyda Düvencinin son açıqlaması müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, aktrisa iş yerlərində kişilərin çəkməcələrində qadın bezləri saxlamalı olduğunu deyib:

"Şirkətdə çalışan kişilər çəkməcələrində paketlər saxlamalıdırlar. Çünki bəzən istəmədiyi bir anda qadınların özəl günü ola bilir. Qadın işçi sizdən soruşanda ki, "Bezin var?". Onu cəkməcədən çıxarıb ona verə bilsinlər. O zaman həyat dəyişəcək".

Onun bu fikirləri sosial media izləyiciləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Ceyda son olaraq "Sakla beni" serialında rol alıb.